Rusiya neft tankerləri Rusiya neftinə qiymət tavanı tətbiq olunduqdan sonra İstanbul boğazında tıxacda qalıb.
AzerTimes xəbər verir ki, bu barədə “Marinetraffic” xidməti məlumat yayıb.
Məlumata görə, tıxacda qalan “Kapitan Barmin”, “General Skobelev”, “Ledi Mariya”, “Ledi Ariya”, “Kaminero”, “Rosçem 2” gəmiləri boğazın qarşısında lövbər salıblar.
Hazırda Rusiyanın daha iki tankeri – “Mexanik Eroxin” və “Volqa çayı” Çanaqqaladan İstanbula doğru hərəkət edir.