Rusiya ötən ay neft hasilatını təxminən 700 min barrel azaldıb.
AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” Rusiya Energetika Nazirliyinə istinadən məlumat yayıb.
Nəşr yazır ki, nazirlikdən açıqlanmayan məlumata əsasən, hasilatçılar sutkada orta hesabla 1,28 milyon ton neft hasil edir. Bu, 9,4 milyon barrelə bərabərdir, yəni keçən ay təkcə xam neft hasilatının azalması demək olar ki, sutkada 700 min barrel olub.