Rusiya NATO-ya hücum edəcək – Hoces

Rusiya NATO-ya hücum edəcək – Hoces

Ukraynada qələbə qazanacağı təqdirdə Rusiya Baltikyanı ölkələrə və ya digər NATO dövlətinə hücum edəcək.

AzerTimes xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Avropadakı keçmiş komandanı Ben Hoces deyib.

“Əgər Ukrayna uğur qazanmasa və Rusiya Ukraynanı məğlub edə bilsə, o zaman inanıram ki, Rusiyanın təhdidi davam edəcək. Litva, Latviya, Estoniya, Polşaya və ya Rumıniyaya hücum edəcək”, – general bildirib.

Onun sözlərinə görə, Rusiya Ukraynadakı itkilərindən qurtulan kimi NATO-ya qarşı təcavüzə keçə biləcək:

“Fikrimcə, Rusiya üçün üç-dörd ildən sonra belə bir təcavüz etmək o qədər də çətin məsələ deyil. Təbii ki, Ukrayna ABŞ, Almaniya, Böyük Britaniya, Fransa və digər Qərb dövlətlərinin köməyi ilə uğur qazansa, Rusiya bunu edə bilməyəcək. Əgər ABŞ və bütün ölkələr işə sadiqdirsə, o zaman düşünürəm ki, Rusiya bundan irəli getməyəcək”.

Teqlər: