Britaniyanın “Deyli Meyl” qəzeti Rusiyanın NATO-ya mümkün hücumunu əks etdirən infoqrafiya və məqalə dərc edib.
AzerTimes xəbər verir ki, məlumatlarda ABŞ ordusunun keçmiş baş komandanı Ben Hoces və digər hərbi analitiklərə istinad edilib.
Onların fikrincə, Rusiyanın işğalı irimiqyaslı kiberhücumlarla başlayacaq ki, burada məqsəd infrastrukturun və peyk rabitəsinin işini pozmaq olacaq. Belə olan halda qlobal miqyasda problemlər müşahidə olunacaq.
Bundan sonra Rusiyanın hava limanları, dəniz bazaları və logistika qovşaqları da daxil olmaqla, Avropanın əsas infrastruktur obyektlərinə qarşı kütləvi raket zərbəsi endirməsi gözlənilir.
Daha sonra Suvalki dəhlizinin ələ keçirilməsi, Baltikyanı ölkələrə və ya Polşaya hücumu əhatə edən quru əməliyyatı başlayacaq.
Həmçinin Rusiya donanmasının Arktika bölgələrinə nəzarət etməyə çalışacağı və Şimali Atlantikaya raket zərbələri endirə biləcəyi gözlənilir.
Üstəlik, infoqrafiyaya görə, NATO-ya hücum 2044-cü ildə, yəni 20 ildən sonra baş verməlidir.