Rusiya-NATO toqquşması Suvalkidə baş verə bilər

Rusiya-NATO toqquşması Suvalkidə baş verə bilər

Suvalki dəhlizi hipotetik olaraq ən təhlükəli ərazidir. Məhz bu dəhliz NATO və Rusiyanın toqquşacağı məkan ola bilər.

AzerTimes xəbər verir ki, bu barədə “Politiko” məlumat yayıb.

“Litvanın cənub-şərq sərhəddində yerləşən Druskininkaya şəhəri “Suvalki boşluğu” kimi tanınan dar bir strateji əraziyə baxır. Qərb hərbi planlaşdırıcıları xəbərdarlıq edirlər ki, Rusiya prezidenti nə vaxtsa münaqişəni qızışdırmaq qərarına gəlsə, bu ərazi ilk hədəflərindən biri olacaq”, – məlumatda deyilir.

Ehtimal olunur ki, Moskva Kalininqrada quru dəhlizi yaratmağa cəhd edə bilər:

“Bu isə nüvə silahından istifadə etməklə dövlətlərin genişmiqyaslı müharibəsinə təkan olacaq”.

Qeyd edək ki, uzunluğu təxminən 100 km olan Suvalki dəhlizinin adını 2015-ci ildə Estoniyanın keçmiş prezidenti Tomas Hendrik İlves verib. Onun fikrincə, bu bölgə ona görə çox təhlükəlidir ki, Rusiya tərəfindən ələ keçiriləcəyi təqdirdə Baltikyanı ölkələrlə əlaqə kəsiləcək.

Teqlər: