Rusiya – NATO toqquşması gözlənilir – Səfir

Rusiya – NATO toqquşması gözlənilir – Səfir

Rusiya və NATO birbaşa silahlı münaqişə təhlükəsi ilə üz-üzədir.

AzerTimes xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.

Diplomat qeyd edib ki, artıq NATO hərbçilərinin Ukraynada döyüş əməliyyatlarında iştirakından söhbət gedir.

Səfirin sözlərinə görə, belə bir ssenari Vaşinqtonun razılığı olmadan həyata keçirilə bilməz:

“Əslində biz Şərqi Avropada Rusiya silahlı qüvvələri ilə Şimali Atlantika Alyansı arasında birbaşa toqquşma təhlükəsi ilə üz-üzəyik”.

Qeyd edək ki, bundan öncə Qərb rəsmiləri də birbaşa toqquşmanın olacağı barədə fikirlər səsləndirmişdi.

Teqlər: