Bəzi NATO ölkələri artıq Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinə birbaşa Ukrayna ərazisində təlim keçir.
AzerTimes xəbər verir ki, bu barədə Estoniyanın Baş naziri Kaya Kallas deyib.
“Qərb təlimatçıları Rusiyanın zərbələrindən xəsarət alsalar, bu, nizamnamənin 5-ci maddəsinin (kollektiv müdafiə haqqında) aktivləşməsinə səbəb olmayacaq”, – o bildirib.
Qeyd edək ki, Kiyev rus qoşunlarının irəliləməsi fonunda alyansdan cəbhə xətti yaxınlığında yeni çağırışçılara təlim keçməkdə kömək istəyib.