Rusiya NATO ilə müharibəni uduzacaq – Sikorski

Rusiya NATO ilə müharibəni uduzacaq – Sikorski

Rusiya NATO üzvü olan hər hansı dövlətə hücum edərsə, mütləq məğlub olacaq.

Axar. az xəbər verir ki, bunu Polşa xarici işlər naziri Radoslav Sikorski deyib.

“Alyans Rusiyadan üç dəfə çox hərbi personala, üç dəfə çox hava resursuna və dörd dəfə çox gəmiyə malikdir. Birinci səfərbərlik dalğasından sonra Rusiyada 1 milyon 300 mindən bir qədər çox hərbi qulluqçu oldu. NATO-nun hərbi personalı əlavə səfərbərlik olmadan 3,5 milyondan çoxdur. NATO və AB ölkələrinin nominal ÜDM-i 45 trilyon dollardan çoxdur. Rusiya və Belarusun ümumi ÜDM-i cəmi 2,2 trilyon ABŞ dolları, yəni 20 dəfə azdır”, – o bildirib.

Teqlər: