Rusiya-NATO arasında birbaşa qarşıdurma… – Polyanski

Rusiya-NATO arasında birbaşa qarşıdurma… – Polyanski

Rusiya ilə NATO arasında birbaşa qarşıdurma riski mövcuddur.

AzerTimes xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin sədr müavini Dmitri Polyanski X platformasında istifadəçilərlə söhbət zamanı deyib.

Rus diplomat amerikalı aparıcı Taker Karlsonun Ağ Evin 2024-cü ildə Rusiyaya müharibə elan edəcəyi ilə bağlı iddiasını dəyərləndirib:

“Bu ssenarinin mümkünlüyünü qiymətləndirən tərəf biz deyilik. Biz dəfələrlə xəbərdarlıq etmişik ki, vəziyyət son dərəcə təhlükəlidir və Rusiya ilə NATO arasında birbaşa qarşıdurma riski var”.

Teqlər: