Kupyansk-Svatovo xəttində Ukrayna və Rusiya qoşunları mövqe döyüşlərini davam etdirirlər.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Kupyansk istiqamətində mövqe döyüşləri davam edir, lakin rus işğalçılar müdafiəni yarıb keçə bilmirlər. Həmçinin, Ukrayna qoşunları Kremennoy bölgəsində əks-hücum əməliyyatlarını davam etdirir”, – məlumatda deyilir.
Qeyd olunur ki, Rusiya Mərkəzi Qüvvələr Qrupunun bölmələri də Kremennoy bölgəsində Ukraynanın əks-hücumlarını dəf etməyə çalışır:
“Ruslar işğal olunmuş Luqansk vilayətində naməlum hərbi infrastruktur qururlar. İyunun 20-də yayımlanan peyk görüntüləri işğal altındakı Xrustalnı şəhərinin cənub-şərqində, “lxr” adlanan ərazidə naməlum hərbi infrastrukturun tikintisini göstərir”.