Zamanla Rusiya nümayəndələrinin də danışıqlar masasına əyləşəcəyinə əminəm.
AzerTimes xəbər verir ki, bu barədə Çexiya Prezidenti Petr Pavel İsveçrədə Ukrayna ilə bağlı keçirilən sülh sammitdə deyib.
O, əksəriyyət ölkələrin beynəlxalq hüququn əsas prinsiplərini dəstəkləməsini yüksək qiymətləndirib.
Pavel əlavə edib ki, zaman keçdikcə Rusiya tərəfinin də danışıqlar masasına əyləşəcəyi mərhələ gələcək.