Rusiya mülki şəxsləri saxladığını etiraf edərsə…

Rusiya mülki şəxsləri saxladığını etiraf edərsə…

Ukrayna Rusiyanı mülki şəxslərin mübadiləsinə dəvət edir.

AzerTimes xəbər verir ki, bu barədə Ali Radanın insan hüquqları üzrə komissarı Dmitri Lubinets Ümumukrayna telemarafonunda deyib.

“Cenevrə Konvensiyasına əsasən, hərbi əməliyyatlarda iştirak edən dövlət mülki şəxsləri saxladığını etiraf edirsə, onları geri qaytarmalıdır, mülki şəxslər heç bir şərt qoyulmadan azad edilməlidir.

Rusiya əvvəlcə əlində olan mülki şəxslərin siyahısını qəbul etdi, sonra mülki insanları hərbi əsirlərlə eyniləşdirməyə başladı. Biz beynəlxalq tərəfdaşlarımız vasitəsilə bu prinsipin dəyişdirilməsini tələb edirik və Rusiyanı mülki şəxsləri azad etməyə çağırırıq”, – Lubinets bildirib.

Onun sözlərinə görə, artıq bu istiqamətdə inkişaf var:

“Ukrayna ərazisində Rusiyanın bu kateqoriyadan olan kifayət qədər çox vətəndaşı var”.

Teqlər: