Gec-tez Ukrayna və Rusiya razılığa gələcək.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.
“Bilirsiniz necədir, hətta, bugünkü situasiyada qəribə səslənə bilər: onsuz da xalqlar arasında münasibətlər bərpa olunacaq. Bu, çox vaxt aparacaq, amma olacaq”, – o bildirib.
Vəziyyəti indi olduğu kimi saxlamağa hazır olub-olmaması sualını cavablandıran Putin qeyd edib ki, bu, danışıqların mövzusudur:
“Amma hələlik heç kim Rusiya ilə danışıqlar aparmır. Onların nə istədiklərini bilirəm, təkcə görmürəm, həm də nə istədiklərini bilirəm, ancaq onlar bunu necə edəcəklərini anlaya bilmirlər”.