Rusiya Müdafiə Nazirliyi Ukraynada itkilərini açıqlayıb

Ukraynada xüsusi hərbi əməliyyat zamanı 1,3 mindən çox Rusiya
hərbçisi həlak olub.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü
jurnalistlərə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargah
rəisinin birinci müavini, general-polkovnik Sergey Rudskoy
bildirib.

“Təəssüf ki, xüsusi hərbi əməliyyat zamanı yoldaşlarımız
arasında itkilər olur. Bu günə kimi 1351 hərbçi həlak olub, 3825-i
yaralanıb”, – S.Rudskoy deyib.

Onun sözlərinə görə, həlak olanların ailələrinin təminatını
dövlət öz üzərinə götürəcək.

Teqlər: