Rusiya müdafiə nazirinin keçmiş müavini, general-polkovnik Gennadi Jidko uzun sürən xəstəlik səbəbindən vəfat edib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın Xabarovsk diyarının qubernatoru Mixail Deqtyarev özünün Teleqram kanalında məlumat verib.
Qeyd edilir ki, Gennadi Valeriyeviç Jidko 1965-ci il sentyabrın 12-də Özbəkistan SSR-də (indiki Özbəkistan Respublikası) anadan olub.