Rusiyada keçirilən növbəti prezident seçkilərində 129 ölkədən 1115 xarici müşahidəçi işləyir.
AzerTimes xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Ella Pamfilova məlumat verib.
O, həmçinin bildirib ki, ötən gün ərzində MSK-nın saytına 12 600 təhlükəli müdaxilə və dörd DDoS-hücum qeydə alınıb.
Pamfilovanın sözlərinə görə, distant elektron səsvermə resurslarına 280 minə yaxın haker hücumunun qarşısı alınıb.