Rusiya MN Ukraynanın Xerson vilayətinə 140 tondan çox humanitar yardım göndərildiyini açıqlayıb

Rusiya hərbçiləri Ukraynanın Xerson vilayətinin sakinlərinə 140
tondan çox humanitar yardımın çatdırılmasını təmin ediblər.

Trend xəbər verir ki, bu barədə bazar ertəsi Rusiya Müdafiə
Nazirliyindən bildirilib.

“Humanitar yardım ət və balıq konservləri, dənli bitkilər, bitki
yağı, qablaşdırılmış su, çörək məhsulları və digər zəruri
məhsullardan ibarət olub. Hər kəs öszügedən yardımı Xerson
şəhərinin müxtəlif yerlərində, o cümlədən vilayət
administrasiyasının yaxınlığındakı meydanda ala bilər”, – məlumatda
deyilr.


Xersonla yanaşı, yaxınlıqdakı yaşayış məntəqələrinin sakinləri
də Rusiyadan yardım almağa başlayıblar.