Rusiya MN Laçın yolunun bağlı olmadığını təsdiqlədi

Rusiya MN Laçın yolunun bağlı olmadığını təsdiqlədi

2023-cü ilin əvvəlindən rus sülhməramlıları Qarabağ iqtisadi rayonunun erməni icmasının məskunlaşdığı ərazilərinə 100 tondan artıq humanitar yardım çatdırıb.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya MN-nin günlük bülletenində bildirilib.

“Biz birik” çoxmillətli layihəsinin könüllülərinin topladığı humanitar yük Rusiya hərbi-nəqliyyat təyyarələri ilə Moskvadan İrəvana çatdırılır. Daha sonra isə rus sülhməramlıları laçın yolu ilə yüklərin daşınmasını təmin edir.

Qeyd edək ki, bu faktın özü belə Laçın yolunun bağlandığı haqda erməni tərəfinin iddialarını təkzib edir.

Teqlər: