Rusiya Müdafiə Nazirliyinin Ukraynadakı döyüşlərlə bağlı məlumatı təəccüblə qarşılanıb.
AzerTimes xəbər verir ki, Rusiya MN son sutkada Kupyansk istiqamətində Ukraynanın 20 əsgər, 2 zirehli maşın və habutsa, Zaporojye və Cənubi Donetsk istiqamətində 90 əsgər, 4 tank, Böyük Britaniya istehsalı FH-70, Rovnopol yaşayış məntəqəsi istiqamətində hücumun qarşısının alındığı və geri atıldığını, Qırmızı Liman istiqamətində 105 əsgər, həmçinin Donetsk istiqamətində 250 əsgər, 13 hərbi texnika – 3 zirehli maşın, 4 avtomobil, 2 pikap, “Krab”, D-20 habutsa, o cümlədən ABŞ istehsalı AN/TPQ-50 sistemini, Xerson istiqamətində 50-dən çox əsgəri, o cümlədən 6 avtomobil və ABŞ istehsalı M777 artilleriya sistemi, iki Su-25 təyyarəsini məhv etdiyini açıqlayıb.
Beləliklə, Rusiya MN yalnız son sutkada 520-dən çox ukraynalı əsgərin, 30-a qədər zirehli texnika, haubitsa və tankı, iki təyyarəni məhv etdiyini iddia edib.