Laçın yolunda vəziyyət dəyişməyib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya MN-in bülletenində bildirilib.
“Rusiya sülhməramlı kontingentin 7 saylı postu ərazisində (Şuşadan Xankəndiyə ayrılan yoldakı post, aksiya orada keçirilir – red.) avtomobil yolunda vəziyyət dəyişməyib. Rusiya sülhməramlı komandanlığı Ermənistan və Azərbaycandan vəziyyətin həlli ilə bağlı təkliflərinə cavab gözləyir”, – bülletendə qeyd edilib.
Həmçinin bildirilib ki, rus sülhməramlıları öz missiyalarını davam etdirirlər:
“30 müşahidə məntəqəsində sutkalıq monitorinq davam edir. Rus sülhməramlı kontingentin məsuliyyət zonasında pozuntu və təxribat qeydə alınmayıb”.