Rusiya MN-dən Polşadakı olayla bağlı açıqlama

Rusiya MN-dən Polşadakı olayla bağlı açıqlama

Rusiya Müdafiə Nazirliyi Polşaya iki rus raketinin düşdüyü və nəticədə iki mülki şəxsin ölməsi xəbərlərinə reaksiya verib.

AzerTimes xəbər verir ki, Rusiya MN yayılan məlumatı təxribat adlandırıb.

“Rusiya Silahlı Qüvvələri Ukrayna-Polşa sərhədi yaxınlığındakı hədəflərə heç bir zərbə endirməyib”, – məlumatda bildirilib.

Nazirlik qeyd edib ki, Polşada hadisə yerindən mediada dərc olunan raket qalıqları fotolarının Rusiya silahları ilə heç bir əlaqəsi yoxdur.

Qeyd edək ki, media hadisə yerindən raketlərin qalıqlarının fotolarını yayıb.

Teqlər: