Rusiya MN Azərbaycanla bağlı səhvini aradan qaldırdı

Rusiya MN Azərbaycanla bağlı səhvini aradan qaldırdı

Rusiya Mədəniyyət Nazirliyi erməni rəssam Edmond Petrosyanın iyunun 8-dən 18-dək Moskvada Şərq xalqları Dövlət İncəsənət Muzeyində keçiriləcək sərgisinin adını dəyişib.

AzerTimes xəbər verir ki, bundan sonra sərginin adı “Dağlıq Qarabağın sirləri” deyil, sadəcə, “Sirlər” olacaq.

Qeyd edək ki, iki gün öncə Rusiya Mədəniyyət Nazirliyi erməni rəssam Edmond Petrosyanın Moskvada Şərq xalqları Dövlət İncəsənət Muzeyində adı “Dağlıq Qarabağın sirləri” sərgisinin keçiriləcəyini bəyan etmişdi.

Məsələ ilə bağlı “Rusiyadan Bakıya qarşı növbəti təxribat” yazısında ətraflı məlumat verilib.

Teqlər: