Rusiya MN açıqlaması ilə Vladimir Putin tərəfindən imzalanmış bəyannaməyə hörmətsizlik nümayiş etdirir – Müdafiə Nazirliyi

Azərbaycan Respublikası Müdafiə Nazirliyi təəssüflə bildirir ki,
Rusiya Federasiyası Müdafiə Nazirliyinin 2022-ci il 27 mart tarixli
açıqlamasında əks olunan məqamlar həqiqətə uyğun deyildir.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin
açıqlamasında qeyd olunur.

“Rusiya Federasiyası Müdafiə Nazirliyi bu açıqlaması ilə eyni
zamanda Rusiya Federasiyasının Prezidenti, Rusiya Silahlı
Qüvvələrinin Ali baş komandanı Vladimir Vladimiroviç Putin
tərəfindən də imzalanmış sözügedən bəyannaməyə də hörmətsizlik
nümayiş etdirir.

Müdafiə Nazirliyi bir daha bildirir ki, Azərbaycanın Xocalı
rayonunda “Furux” adlı kənd yoxdur. Qeyd edilən kəndin adı
FƏRRUXDUR. Ümid edirik ki, növbəti açıqlamalarda
kəndin adı düzgün formada göstəriləcəkdir”, – açıqlamada
vurğulanır.

Teqlər: