Rusiya Misir üçün istehsal etdiyi Su-35 qırıcılarını İrana verməyi planlaşdırır.
AzerTimes xəbər verir ki, məlumatı “Haber7.com” saytı yayıb.
İddia olunur ki, istehsal edilən 20-yə yaxın qırıcılar Qərbin Misirə təzyiqləri səbəbindən reallaşa bilməyəcək və İran da bu fürsətdən istifadə edəcək.
Hərbi analitiklər İranın Rusiyaya göndərdiyi PUA-ların döyüşlərdə uğur qazandığı, Moskvanın da buna qarşılıq olaraq Tehrana sözügedən qırıcıları göndərəcəyi qənaətindədirlər.