Rusiya miqrantları kütləvi şəkildə ölkədən qovur

Rusiya miqrantları kütləvi şəkildə ölkədən qovur

Sankt-Peterburqda şəhər məhkəmələri son bir həftə ərzində 418 qeyri-qanuni miqrantın ölkədən çıxarılması barədə qərar qəbul edib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

“Martın 25-dən başlayaraq Sankt-Peterburqun rayon məhkəmələrinə qanunsuz miqrantlarla bağlı 584 material daxil olub. Onlardan 515-nə artıq baxılıb. 418 qanun pozucusu ölkə hüdudlarından kənara çıxarılmaqla cəzalandırılıb”, – məlumatda qeyd olunub.

Teqlər: