“Xəncər” (“Kinjal”) hipersəs raketlərini daşıya bilən Rusiyanın MiQ-31K qırıcıları Belarusu tərk edir.
AzerTimes xəbər verir ki, bu barədə “Belarus Qayun” monitorinq qrupu məlumat yayıb.
“Rusiya Aerokosmik Qüvvələrinə məxsus RF-92462 və RF-92339 bort nömrəli iki MiQ-31K Belarusdan Rusiyanın Savasleyka aerodromuna uçub”, – məlumatda qeyd olunub.