Müharibə fonunda Rusiya 2022-ci ildə yığılmış təxminən altı milyon ton Ukrayna taxılını oğurlayıb.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Konqresi Amerika kəşfiyyatı, peyk şəkilləri və açıq mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, 2022-ci ildə Ukraynanın işğal olunmuş ərazilərindən oğurlanmış taxılı daşımaq üçün istifadə edilən yük gəmiləri Suriya, İsrail, İran, Gürcüstan və Livan limanlarına mal çatdırmaq üçün Türkiyə sahilləri ilə hərəkət edib.