Futbol üzrə Rusiya millisi növbəti mövsüm üçün Millətlər
Liqasından kənarlaşdırılıb.
Trend UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu
barədə qərar bazar ertəsi təşkilatın icraiyyə komitəsi tərəfindən
qəbul edilib.
Bildirilir ki, Rusiya millisi B Liqasının 2-ci qrupunda iştirak
etməyəcək və avtomatik olaraq dördüncü yeri tutacaq. Beləliklə,
qrup mərhələsinin sonunda Rusiya millisi B Liqasında sonuncu, 16-cı
yeri tutacaq.
Xatırladaq ki, FIFA və UEFA fevral ayında bütün Rusiya
komandalarının öz turnirlərində iştirakını qadağan ediblər. Rusiya
millisi 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında da
iştirak etməyəcək.