Rusiya millisi Beynəlxalq Futbol Federasiyasının (FIFA) himayəsi
altında keçirilən yarışlarda Rusiya Futbol İttifaqının komandası
kimi çıxış edəcək və ölkənin bayrağı və himnindən istifadə edə
bilməz.
AzerTimes-ın
məlumatına görə, bu barədə FIFA-nın açıqlamasında bildirilib.
2022-ci il dünya çempionatının seçmə mərhələsinin yarımfinal
matçında Rusiya millisi martın 24-də Moskvada Polşa yığmasına qarşı
oynamalıdır. Qalib martın 29-da İsveç – Çexiya cütlükdə qalib gələn
komandası ilə görüşməlidir.