Rusiya məşhur jurnalist Kiselyovu axtarışa verdi

Rusiya məşhur jurnalist Kiselyovu axtarışa verdi

Rusiya Daxili İşlər Nazirliyi 1990-2000-ci illərdə Rusiya televiziyasının əsas simalarından biri olmuş, hazırda Ukrayna kanallarında işləyən jurnalist Yevgeni Kiselyovu axtarışa verib.

AzerTimes xəbər verir ki, bu barədə RİA məlumat yayıb.

“Axtarışın əsasında Rusiya Federasiyasının Cinayət Məcəlləsinin hansı maddəsinə istinad edildiyi göstərilmir”, – məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, aprel ayında Yevgeni Kiselyov xarici agentlərin reyestrinə daxil edilib.

Teqlər: