Rusiya məşhur iş adamını axtarışa verdi

Rusiya məşhur iş adamını axtarışa verdi

Rusiyalı iş adamı və ictimai xadim Boris Zimini (Rusiyada xarici agent kimi tanınır) beynəlxalq axtarışa verilib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd edilir ki, o, dələduzluqda ittiham edilir.

Xatırladaq ki, Boris Dmitrieviç Zimin 24 noyabr 1968-ci ildə anadan olub. Boris Zimin rusiyalı iş adamı və ictimai xadim, 2021-ci ildə vəfat edən “Vympel-Communications” (ticarət nişanı – “Bilayn” (Beeline) şirkətinin təsisçisi Dmitri Ziminin oğludur.

2014-cü ilin əvvəlində Boris Zimin Sreda Fondunun təsisçisi olub. Sahibkar ABŞ və İsraildə yaşayır. Rusiya Ədliyyə Nazirliyi ötən il sentyabrın əvvəlində Boris Zimini xarici agent kimi fəaliyyət göstərən şəxslərin reyestrinə daxil edib.

Teqlər: