Rusiya Mərkəzi Bankının Direktorlar Şurası uçot dərəcəsini 0,5 faiz bəndi azaldaraq, 8%-dən 7,5%-ə endirilməsi barədə qərar qəbul edib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Xatırladaq ki, sonuncu dəfə Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 1,5 faiz bəndi azaldaraq 8%-ə endirmişdi.
Bildirilib ki. tənzimləyici qurum deflyasiyanın yavaşlaması və inflyasiya gözləntilərinin artması fonunda yumşaldıcı siyasətini davam etdirib. Ancaq qurum əvvəlki addımlarla müqayisədə tempi azaldıb.