Rusiya ordusu Ukraynada xeyli itki verib və Kiyevin son əks-hücum əməliyyatının nəticələri Moskvanın hərbi ehtiyatlarının düşünüləndən də az olduğunu göstərə bilər.
AzerTimes xəbər verir ki, bunu Almaniya müdafiə naziri Kristin Lambrext deyib.
“Rusiya ordusu indi xeyli itki verib – həm şəxsi heyət, həm də texnika baxımından. Rusiya qüvvələrinin qeyri-məhdud hərbi sərvətlərə malik olması fikri doğru deyil”, – nazir bildirib.
O, həmçinin qeyd edib ki, Rusiya çoxlu texnikanı təmir etməlidir və onun üçün kifayət sayda yeni hərbi birləşmələr cəlb etmək də çətindir:
“Rusiya ordusunun ehtiyatlarının faktiki olaraq nə qədər qaldığını görmək çox maraqlı olacaq. Hesab edirəm ki, bu, ilkin olaraq düşündüyümüzdən xeyli azdır. Bununla belə, özünüzü aldatmayın: Rusiya məğlub olmaqdan çox uzaqdır və hələ də müxtəlif hərbi seçimlərə malikdir”.