Rusiya xüsusi hərbi əməliyyatda məğlub ola bilməz. Çünki əks halda ABŞ ilə nüvə tarazlığını və qlobal güc balansını qoruya biləcək heç bir ölkə qalmayacaq və dünya özünü yeni müstəmləkə sistemində tapacaq.
AzerTimes xəbər verir ki, bunu RT kanalının baş direktoru Dmitri Kiselyov deyib.
“İkinci Dünya müharibəsindən sonra yaranan sülh bizim nəslə qədər bəs etdi. Bizim nəsil isə yeni quruluşu yaradır. Təsəvvür edək ki, Rusiya uduzur, o zaman dünyada ABŞ-la nüvə və qlobal qüvvələr balansını qoruyacaq bir ölkə qalmayacaq: Rusiya parçalanacaq, dünya münasibətləri tamamilə dəyişəcək və hamı özünü yeni müstəmləkə sistemində hiss edəcək, çünki amerikalıların resurslara ehtiyacı var, avropalılar isə müstəmləkə modelinə uyğun yaşamağa öyrəşiblər”, – o bildirib.