Rusiyada MDB ölkələrinin hökumət başçılarının fövqəladə iclasının keçirilməsi planlaşdırılır.
AzerTimes xəbər verir ki, bu barədə MDB-nin Baş katibi Sergey Lebedev məlumat verib.
“MDB hökumət başçılarının növbədənkənar iclasının Rusiya Baş naziri Mixail Mişustinin təşəbbüsü ilə dekabrın 18-də Moskvada baş tutacağı gözlənilir. Dekabrın 25-i Sankt-Peterburqda Aİİ Ali Şurasının prezidentlər səviyyəsində iclası, dekabrın 26-da isə MDB ölkələri prezidentlərinin qeyri-rəsmi görüşü keçiriləcək”, – Lebedev bildirib.