Rusların işğal etdiyi Mariupolda gizli səfərbərlik gedir. İşğalçılar sakinlərə hərbi xidmətə qəbulla bağlı SMS-lər göndərməyə başlayıblar.
AzerTimes xəbər verir ki, bu barədə Mariupol Şəhər Şurasının Teleqram kanalında məlumat yayılıb.
“Bu, Rusiya işğalçılarının cəbhədə vəziyyətlərinin o qədər də yaxşı olmadığını göstərir. Onlar Ukrayna Silahlı Qüvvələrinin əks-hücumundan qorxurlar və işğal olunmuş ərazilərin sakinlərindən istifadə etməyə hazırdırlar”, – məlumatda deyilib.
Mariupol Şəhər Şurası sakinləri rusların bu və ya digər təkliflərinə əməl etməməyə çağırıb:
“Şəhəri tərk edin və evimizə müharibə gətirənlərin tərəfində vuruşmayın”.