Rusiyanın Xarkov vilayətinə hücumunun manevr, yoxsa tam hücum olduğunu söyləmək hələ də çətindir.
AzerTimes xəbər verir ki, bunu Ukraynanın 3-cü Əlahiddə Briqadasının Terra bölməsinin komandiri Nikolay Voloxov bildirib.
“Onlar bütün kartlardan istifadə etməyib. Şəxsən mən ruslardan daha çox şey gözləyirəm. Belə görünür ki, aşağıdakı ssenari həyata keçirilir: onlar zirehli texnika və piyadaların çox əhəmiyyətli resursu ilə təzyiq göstərirlər. Bu, təkcə Xarkov deyil, Donetsk və Xerson vilayətlərində də baş verir”, – o qeyd edib.
Onun fikrincə, ruslar Ukrayna müdafiəsində zəif nöqtə axtarır və Ukrayna ordusunun müəyyən şəkildə ehtiyatlarını hərəkət etdirməyə məcbur edirlər.