Rusiya ordusu Luqansk bölgəsini tamamilə işğal etməyə çalışır, lakin Ukrayna əsgərləri hücumları uğurla dəf edirlər.
AzerTimes xəbər verir ki, bu açıqlama ilə Luqansk hərbi administrasiyasının rəhbəri Sergey Qayday çıxış edib.
“Bu gün hətta Şoyqu Luqansk vilayətinə artıq nəzarət etdiklərini bildirsə də, deyə bilərəm ki, onlar bölgənin böyük hissəsinə nəzarət edirlər, amma iki yaşayış məntəqəsində (Beloqorovka və Verxnekamenka – red.) şiddətli döyüşlər gedir, oradan keçə bilmirlər”, – Qayday vurğulayıb.
O vurğulayıb ki, ruslar həm şəxsi heyəti, həm də böyük miqdarda texnika itirirlər.