Kremennayadakı partlayışlar nəticəsində Rusiya qüvvələri 400-ə qədər şəxsi heyətini və 100-ə yaxın ağır texnikasını itirib.
AzerTimes xəbər verir ki, bu barədə Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.
“Partlayışlar Kremennaya, “Bavovna”da bir neçə yerdə – komanda məntəqələrində, kazarmalarda, texnikanın təmiri və saxlanması üçün bazalarda və başqa istiqamətlərə köçürülən texnikanın yığıldığı məkanlarda baş verib”, – Qayday bildirib.