Rusiya Lukaşenkonun səhhətinin pisləşdiyini təsdiqlədi

Rusiya Lukaşenkonun səhhətinin pisləşdiyini təsdiqlədi

Orada fövqəltəbii heç nə yoxdur, bu, COVİD-19 deyil. Sadəcə, insan xəstələnib.

AzerTimes xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin Belarus Prezidenti Aleksandr Lukaşenkonun səhhətinin pisləşməsi barədə danışarkən deyib.

“Adam xəstələnməsinə baxmayaraq, Moskvaya gəlməyi özünə borc bilirdi və həmin gün axşam Minskdə tədbirlər keçirdi”, – Zatulin bildirib.

Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun səhhətinin pis olması ilə bağlı məlumatlar yayılıb. Mayın 13-də onun Respublika Kliniki Tibbi Mərkəzinə aparıldığı bildirilmişdi.

Teqlər: