Rusiya Liviyaya 40 tank göndərdi, baza tikir: Məqsəd nədir?

Rusiya Liviyaya 40 tank göndərdi, baza tikir: Məqsəd nədir?

Türkiyə ilə Misir arasında münasibətlərin normallaşdığı bir vaxtda Rusiya da Liviyada aktivləşməyə başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə türkiyəli jurnalist Hüseyn Akif Küçükal öz məqaləsində bildirib.

O qeyd edib ki, Rusiyanın yaratdığı “Afrika korpusu” Haftarın nəzarətində olan Tobruqa 40 ədəd T-72 tankı göndərib:

“Rus muzdlularının bölgədə hərbi baza yaratması ilə bağlı məlumatlar yayılır. Xatırlatmaq istərdim ki, Liviyada Rusiyanın 800-1000 arası hərbçisi mövcuddur. Ruslar Mərkəzi Afrika başda olmaqla, Afrikadakı digər müttəfiqlərinə Liviyadan köməklik göstərir. Bildiyiniz kimi, Qərb Rusiyaya qarşı Ukraynanı demək olar ki, tək qoyub. Bu da Moskvaya digər strateji bölgələrdə daha rahat addım atmağa imkan verir. Rusiya Liviyanın şərq hissəsini Afrikadakı hökmranlığını genişləndirmək üçün bir pillə kimi görür. Tobruqda inşa ediləcək baza Suriyadakı Tərtus və Latakiya limanları ilə birlikdə Rusiyanın Aralıq dənizindəki varlığını gücləndirəcək bir addımdır. Onlar, şübhəsiz ki, əsrlər boyu davam edən “isti dənizlərə çıxmaq” siyasətində daimi uğur əldə etmək istəyirlər”.

Jurnalist eyni zamanda bildirib ki, Rusiyanın yeganə dərdi Aralıq dənizi deyil:

“Qlobal güc rəqabətində “Afrika rəhbəri” adını qazanmaq üçün çox səy göstərirlər. Bu baxımdan Liviya Rusiyaya Afrikanın şimalında mövcudluğunu və təsirini artırmaqda yaxşı kömək edə bilər. Bundan əlavə Kremlin Qırmızı dənizdə hərbi dəniz bazası yaratmaq üçün Sudanla danışıqlar apardığını da unutmaq olmaz”.

Teqlər: