Rusiya Kurskda bacarmır, Belarus oyuna qoşuldu – Stupak

Rusiya Kurskda bacarmır, Belarus oyuna qoşuldu – Stupak

Belarus Rusiyanın Kursk vilayətindən ukraynalı hərbçiləri geri çəkilməyə məcbur etmək üçün qoşunlarını Ukrayna ilə sərhədə gətirməyə başlayıb.

AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi ekspert İvan Stupak deyib.

“Əminəm ki, Kreml indi Kurskla bağlı vəziyyəti onlarda olan qüvvələrlə idarə edə bilməyəcəklərini başa düşür. Başqa istiqamətlərdən insanların, texnikanın, sursatların köçürülməsi artıq həyata keçirilir və bu, həmin istiqamətlərdə onlara mənfi təsir göstərə bilər. Ona görə də yəqin ki, belə qərar verilib: Belarusu – Lukaşenkonu bu oyuna qaytarsınlar, o da Ukraynaya cavab olaraq vəziyyəti gərginləşdirməyə başlasın, sərhəddə – Qomel, Mozel – Çerniqov, Kiyev vilayətlərində qoşunların sayını artırsın”, – o bildirib.

Stupakın sözlərinə görə, bu yolla rus hərbçilər Ukrayna komandanlığını gərgin rejimdə saxlamağa çalışırlar:

“Düşünürəm ki, bu blefdir, ilk kim gözünü qırpacaq oyunudur. Belarus Ukrayna ərazisinə hücum etmək fikrində deyil, bu improvizasiyadır, tamaşadır ki, Baş Qərargahımz qoşunlarını çəksin”.

Teqlər: