“İsgəndər-M” raket kompleksi Kursk vilayətinin sərhəd bölgəsində Ukrayna bölməsinin komanda məntəqəsinə zərbə endirib.
AzerTimes xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Bildirilib ki, Ukrayna ordusu zərbə nəticəsində canlı qüvvə itirib:
“Zərbə “İsgəndər-M” operativ-taktiki raket kompleksinin ekipajı tərəfindən həyata keçirilib. Raketlər Kursk vilayətinin sərhəd bölgəsində Ukrayna Silahlı Qüvvələrinin komanda məntəqəsinin yerləşdiyi kəşfiyyat məntəqəsinə düşüb. Zərbə nəticəsində briqada bölməsinin 15 nəfərdən ibarət komanda heyəti məhv edilib”.