Rusiya Ukrayna cəbhəsindən Kursk vilayətinə 50 minə yaxın qoşun yeridib.
AzerTimes xəbər verir ki, bunu Ukrayna ordusunun baş komandanı, general Aleksandr Sırski deyib.
“Rusiya hərbi komandanlığı bu qüvvələri hücum əməliyyatlarını apardığı cəbhənin digər istiqamətlərindən götürüb”, – Sırski bildirib.
Generalın sözlərinə görə, qüvvələrin Kursk vilayətinə göndərilməsi ilə əlaqədar rusların hücumu Zaporojye, Xerson və Kramatorsk istiqamətində zəifləyib.
“Bu da təbii ki, bizim müdafiə əməliyyatları aparmağımızı asanlaşdırdı”.