Rusiyanın KTMT-dəki müttəfiqlərinin dost olmayan ölkələrlə təmasları Moskva ilə strateji tərəfdaşlığa xələl gətirməməlidir.
AzerTimes xəbər verir ki, bu fikri Rusiya Xarici İşlər Nazirliyinin departamentinin direktor müavini İvan Neçayev deyib.
“Rusiyaya dost olmayan ölkələrlə təmaslar ölkəmizlə strateji tərəfdaşlığa xələl gətirməməlidir. Bu, KTMT, Aİİ, MDB və ŞƏT daxil olmaqla, mövcud ümumi razılaşmalar çərçivəsində öhdəliklərə ziddir”, – diplomat bildirib.