Rusiya “Krokus” terroruna görə üç ölkəyə müraciət etdi

Rusiya “Krokus” terroruna görə üç ölkəyə müraciət etdi

Rusiya müstəntiqləri Moskva yaxınlığındakı ”Krokus” konsert zalında törədilən terror aktının araşdırılmasında kömək üçün daha üç ölkənin hüquq-mühafizə orqanlarına müraciət ediblər.

AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Üç xarici dövlətin səlahiyyətli orqanlarına hüquqi yardım göstərilməsi üçün 8 sorğu göndərilib, cinayətin bütün hallarının müəyyən edilməsinə yönəlmiş digər istintaq və prosessual hərəkətlər həyata keçirilib”, – məlumatda deyilir.

Qeyd olunur ki, iş üzrə 1,7 mindən çox şəxs zərərçəkmiş kimi, 800-dən çox şəxs isə şahid qismində dindirilib.

Teqlər: