Rusiya qoşunları Krımın şimal-qərbində hava hücumundan müdafiə sistemini gücləndirməyə davam edir.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksandr Motuzyanik məlumat yayıb.
“Yarımadanın şimal-qərb hissəsində, Olenevka və Razdolnoye yaşayış məntəqələri ərazilərində iki S-300 zenit-raket batalyonunun yerləşdirilməsi davam edir”, – Motuzyanik bildirib.