Rusiya Krım körpüsünə bu sistemləri cəmlədi

Rusiya Krım körpüsünə bu sistemləri cəmlədi

Oktyabrın 8-də baş verən partlayışdan sonra zədələnən Krım körpüsü hazırda dünyanın ən çox qorunan yerlərindən biridir. Körpü qurudan, göydən, dənizdən, hətta su altından da mühafizə olunur.

AzerTimes xəbər verir ki, bu barədə “Meduza” məlumat yayıb.

Nəşrin məlumatına görə, Krım körpüsünün girişləri hər iki tərəfdən Rusiya Milli Qvardiyasının xüsusi dəstələri tərəfindən qorunur:

“Rusiya Nəqliyyat Nazirliyinin məlumatına görə, yük maşınları xüsusi sistemlərin köməyi ilə skan edilir ki, bunun da sayəsində onlar avtomobildə hətta sürücünün nahar üçün nə götürdüyünü görə bilir. Rusiya Qvardiyasına FTX sərhəd nəzarətinin xüsusi təyinatlıları və quruda və suda təxribat əleyhinə qrupları kömək edir. Rusiya körpünü xüsusi “Kosmos-K” peykindən də izləyir. Keçid üzərindəki səmanı mütəmadi olaraq Rusiyanın Su-27 qırıcıları və İl-38 sualtı qayıq əleyhinə kəşfiyyat təyyarələri patrul edir. Yerdə isə körpü müxtəlif diapazonlu zenit sistemləri – S-400 “Triumf” raket sistemi və “Pantsir-S” zenit silahı ilə qorunur”.

Teqlər: