Rusiya koronavirus vaksinlərinin istehsalında Azərbaycanla əməkdaşlıq qurmağa hazırdır.
AzerTimes-ın məlumatına görə, bunu Rusiyanın baş naziri Mixail Mişustin Moskvada həmkarı Əli Əsədovla görüşü zamanı deyib.
O bildirib ki, Rusiya və Azərbaycan koronavirus infeksiyasına qarşı birgə mübarizə aparır:
“Rusiya operativ şəkildə Azərbaycana xüsusi test sistemləri təhvil verib, ölkəyə rusiyalı tibb mütəxəssisləri göndərilib, may ayında isə Azərbaycana “Sputnik V” vaksininin ilk partiyası çatdırılıb. Biz, həmçinin Rusiya vaksininin birgə istehsalını təşkil etməyə hazırıq”.
(Tərcümə: Orxan Nəbiyev)