Rusiya ordusunun 11-ci əlahiddə desant-hücum briqadasının bazasında Şimali Koreya vətəndaşlarından ibarət xüsusi Buryat batalyonu yaradılır.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Məlumata görə, bu batalyonun şəxsi heyətinin təxmini sayı 3000 nəfərə yaxındır. Hazırda hərbçilər atıcı silah və sursatla təmin olunub.
Batalyonun Suca və Kursk yaxınlığında döyüş tapşırıqlarında iştirak edəcəyi bildirilir.
Qeyd edək ki, Şimali Koreyanın Ukraynaya qarşı müharibədə Rusiyaya kömək etmək üçün 100 minə qədər hərbçi göndərə biləcəyi ilə bağlı məlumat yayılmışdı.